Tenqri
Ana Səhifə
Dünya

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Azərbaycan Mərkəzi Bankı (AMB) “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısına ev sahibliyi edib AMB-dən AZƏRTAC-a bildirilib ki, toplantıda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğız Respublikas

0 baxışazertag.az
TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir
Paylaş:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısına ev sahibliyi edib AMB-dən AZƏRTAC-a bildirilib ki, toplantıda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi banklarının sədrləri toplantıda iştirak edib Mərkəzi Bankın sədri Taleh Kazımov şuranın ölkələr və qurumlar arasında əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Sədr bildirib ki, qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında indekslərin dəyişkənliyinin yüksəldiyi və rəqəmsal texnologiyalarının tətbiqinin genişləndiyi bir dövrdə şura həm ortaq, həm də ölkəyə xas çağırışların həlli üçün mühüm platformadır. O, şuranın pul siyasəti, maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı sahələrində daha sıx iqtisadi və maliyyə əməkdaşlığını təşviq etdiyini vurğulayıb Baş katib Kubanıçbek Ömüralıyev şuranın son iki ildə fəaliyyətindən, həm üzv ölkələr arasında, həm də regional əməkdaşlığın təşviqi istiqamətindəki rolundan danışıb Daha sonra “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” mövzusuna həsr olunan ilk sessiya başlayıb. Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov təqdimatla çıxış edərək qlobal iqtisadiyyatda və maliyyə sektorlarında baş verənlər nəzərə alınmaqla həyata keçirilən pul siyasəti və maliyyə sabitliyi siyasətləri, həmçinin onların nəticələri üzrə ölkə təcrübəsini bölüşüb. Təqdimatın yekununda sual-cavab sessiyası baş tutub, daha sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib Toplantının ikinci sessiyasında “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzusu müzakirə olunub. Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi rəqəmsal maliyyə ekosisteminin inkişafı üzrə həyata keçirilən təşəbbüslər və görüləcək işləri üzrə ölkə təcrübəsi barədə təqdimatla çıxış edib. Sual-cavab sessiyasından sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib Çıxışlar zamanı iştirakçılar şuranın regional və qlobal əhəmiyyətli platforma kimi fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin mərkəzi banklar arasında səmərəli qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıb Toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları və gələcək əməkdaşlıq sahələrini əks etdirən “Kommunike” imzalanıb. Şuranın sayca üçüncü toplantısının 2027-ci ildə Türkiyədə keçiriləcəyi elan olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler