Tenqri
Ana Səhifə
Dünya

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Zərdab rayonunda ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər öz nəticəsini verməkdədir. Rayonda 2026-cı ilin məhsulu üzrə barama təhvilinə start verilib və ilkin nəticələr cari ildə də yüksək məhsuldarlığın əldə olunacağını göstərir AZƏRTAC-ın bö

0 baxışazertag.az
Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir
Paylaş:

Zərdab rayonunda ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər öz nəticəsini verməkdədir. Rayonda 2026-cı ilin məhsulu üzrə barama təhvilinə start verilib və ilkin nəticələr cari ildə də yüksək məhsuldarlığın əldə olunacağını göstərir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərdə dövlət dəstəyi nəticəsində baramaçılığın inkişafı davamlı xarakter alıb. Belə ki, rayon üzrə 2016-cı ildə 5 ton 710 kiloqram yaş barama tədarük edilmişdisə, 2025-ci ildə bu rəqəm 32 tondan çox olub. Zərdab respublika üzrə ən yüksək göstəricilərə nail olan bölgələrdən biri kimi tanınıb Cari ildə də kümçülərin yüksək məhsul əldə etməsi üçün zəruri tədbirlər görülüb. İpəkqurdu toxumu vaxtında rayona gətirilərək kümçülər arasında paylanılıb. İpəkqurdlarının bəslənməsi dövründə onların saxlanma şəraiti və yemlə təminatı daim diqqət mərkəzində saxlanılıb. Görüşlər zamanı kümçülərlə söhbətlər aparılıb, onların qarşılaşdıqları məsələlər öyrənilib, yem bazasının vəziyyəti araşdırılıb və ipəkqurdlarının itkisiz yetişdirilməsi üçün müvafiq tövsiyələr verilib Rayonda artıq yaş barama qəbuluna start verilib. Kümçülərin yetişdirdiyi məhsul yüksək keyfiyyəti ilə seçilir. Cari mövsümdə də tədarük həcminin ötən illərdəki kimi yüksək olacağı gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler