Tenqri
Ana Səhifə
Dünya

Təbrizli müğənni Aynaz Rəhimzadə Qazaxıstanda beynəlxalq mükafata layiq görülüb

Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq müsabiqə keçirilib. Müsabiqə ənənəvi olaraq hər il təşkil olunur. İştirak üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir. Bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi

0 baxış525.az
Təbrizli müğənni Aynaz Rəhimzadə Qazaxıstanda beynəlxalq mükafata layiq görülüb
Paylaş:

Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq müsabiqə keçirilib. Müsabiqə ənənəvi olaraq hər il təşkil olunur. İştirak üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir. Bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir 525.az xəbər verir ki, müsabiqə Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə istedadlı gənc vokalçıların üzə çıxarılması və dəstəklənməsi məqsədilə keçirilir Bu il müsabiqədə əslən Təbrizdən olan müğənni Aynaz Rəhimzadə də iştirak edib və “Xüsusi mükafat”a layiq görülüb. İfaçı bildirib ki, Roza Baqlanova adına Beynəlxalq müsabiqənin final mərhələsində iştirak etmək onun üçün böyük şərəf və unudulmaz təcrübədir: “20 finalçı arasında olmaq, müxtəlif repertuarlarla çıxış etmək və müsabiqənin sonunda Roza Bağlanovanın ailəsindən “Xüsusi mükafat”ı almaq mənim üçün inanılmaz dərəcədə dəyərli idi. Qazaxıstanda keçirdiyim bu gözəl günlərdə mənə dəstək olan bütün təşkilatçılara, münsiflər heyətinə və hər kəsə təşəkkür edirəm” Qeyd eək ki, Aynaz Rəhimzadə Təbrizdə dünyaya gəlib. Türkiyədə musiqi təhsili alır. Aynaz Rəhimzadənin üzv olduğu Təbriz, Şəki və Lənkərandan olan gənclərdən ibarən “Şuşa” qrupu fəaliyyət göstərir. Qrup ədəbi, mədəni tədbirlərdə fəal iştirak edir, Azərbaycan və Türk dövlətlərinin mahnılarını səsləndirirlər

Kaynak: 525.az

Diğer Haberler