Tenqri
Ana Səhifə
Dünya

Təbriz küçəsində yol infrastrukturu yenilənir - FOTO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakıda piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nə

0 baxışmodern.az
Təbriz küçəsində yol infrastrukturu yenilənir - FOTO
Paylaş:

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakıda piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına start verilir. Layihə piyadaların, ictimai nəqliyyatın və mikromobillik vasitələrinin hərəkətinin daha təhlükəsiz və rahat təşkilini hədəfləyir Aparılan təhlillərə əsasən, küçədə bir sıra infrastruktur çatışmazlıqları müəyyən edilib. Səkilərin dar olması, nizamlanmış piyada keçidlərinin olmaması və mikromobillik üçün infrastrukturun yoxluğu piyadaların hərəkətində çətinliklər yaradır Eyni zamanda, dönmə və tranzit axınları arasındakı münaqişələr nəqliyyatın buraxıcılıq qabiliyyətini azaldır. İctimai nəqliyyat dayanacaqlarında səkilərin dar olması və dayanacaqların qeyri-optimal yerləşdirilməsi də sərnişinlər üçün çətinliklər yaradır Mövcud problemlərin aradan qaldırılması məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun yenilənməsi barədə qərar qəbul olunub Layihəyə əsasən, metronun “Nəriman Nərimanov” stansiyası ətrafında avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil ediləcək və kəsintisiz piyada hərəkəti təmin olunacaq Küçənin xiyaban tipli hissəsində səkilər genişləndiriləcək, piyada axınlarının daha rahat idarə olunması üçün əlavə tədbirlər görüləcək Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidləri salınacaq, ağaclardan ibarət bufer zolağı yaradılacaq və parklanma sahələri təşkil ediləcək Qeyd edilib ki, layihə nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq və küçə mühiti müasir şəhər mobilliyi standartlarına uyğunlaşdırılacaq

Kaynak: modern.az

Diğer Haberler