Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın əməkdar artisti “Tbilisi Ritm Festival-2026”da çıxış edib - FOTO

Məşhur cazmen, pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti, Bakı Piano Festivalının təsisçisi Şahin Növrəsli “Tbilisi Ritm Festival-2026”da iştirak edib. Azərbaycanlı cazmenin çıxışı böyük uğurla keçdi AZƏRTAC xəbər verir ki, Tbilisi Ritm Festivalı (Soso Lagidze Beynəlxalq İncəsənət Festivalı

0 baxışcaliber.az
Azərbaycanın əməkdar artisti “Tbilisi Ritm Festival-2026”da çıxış edib - FOTO
Paylaş:

Məşhur cazmen, pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti, Bakı Piano Festivalının təsisçisi Şahin Növrəsli “Tbilisi Ritm Festival-2026”da iştirak edib. Azərbaycanlı cazmenin çıxışı böyük uğurla keçdi AZƏRTAC xəbər verir ki, Tbilisi Ritm Festivalı (Soso Lagidze Beynəlxalq İncəsənət Festivalı) Gürcüstanda 2017-ci ildə əsası qoyulan, caz, klassik və müasir musiqinin dünya ulduzlarını birləşdirən illik mədəni tədbirdir. Builki festivalda ənənəvi olaraq beynəlxalq sənətçilər, o cümlədən Tbilisi Dövlət Konservatoriyasında konsertlər, musiqi və teatr əsərlərini birləşdirən tamaşalar nümayiş etdirilir AZƏRTAC -ın müxbiri ilə söhbətində Ş. N.Növrəsli qeyd edib ki, Azərbaycan caz musiqiçilərinin xaricdə çıxış etməsi çox vacibdir: "Bu, onlara geniş ictimaiyyət tərəfindən dinlənilmək, digər musiqiçilərlə tanış olmaq və peşəkar inkişaf etmək imkanı verir. Belə konsertlər sayəsində Azərbaycan cazı daha çox tanınır və dünya səhnəsində inamla səslənir" Qeyd edək ki, azərbaycanlı cazmenin gəlişi yerli mətbuatda geniş işıqlandırılıb

Kaynak: caliber.az

Diğer Haberler