Tenqri
Ana Səhifə
Dünya

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi uğurlu iqtisadi və enerji siyasəti ölkənin davamlı inkişaf modelinin formalaşmasında əsas amillərdən biri kimi çıxış edib. Xüsusilə zəngin təbii sərvətlərdən əldə olunan gəlirlərin düzgün idarə olunması, uzunmüddətli dövlət maraqlarına uyğun istiqam

0 baxışazertag.az
Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH
Paylaş:

Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi uğurlu iqtisadi və enerji siyasəti ölkənin davamlı inkişaf modelinin formalaşmasında əsas amillərdən biri kimi çıxış edib. Xüsusilə zəngin təbii sərvətlərdən əldə olunan gəlirlərin düzgün idarə olunması, uzunmüddətli dövlət maraqlarına uyğun istiqamətləndirilməsi və iqtisadi resursların sosial rifaha çevrilməsi Azərbaycanın inkişaf strategiyasının mühüm xüsusiyyətlərindən hesab olunur. Enerji layihələrinin mərhələli şəkildə icrası nəticəsində ölkənin əldə etdiyi maliyyə imkanları təkcə iqtisadi göstəricilərin artmasına deyil, eyni zamanda, genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə, infrastrukturun yenilənməsinə, müdafiə potensialının gücləndirilməsinə və insan kapitalının inkişafına şərait yaradıb Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib Onun sözlərinə görə, enerji resurslarının beynəlxalq bazarlara çıxarılması nəticəsində formalaşan maliyyə potensialı ölkənin iqtisadi müstəqilliyini gücləndirib və sosial sahələrə geniş investisiyaların yönəldilməsinə imkan verib “Məhz bu yanaşma Azərbaycanın əldə etdiyi gəlirləri cari xərclərlə məhdudlaşdırmadan gələcək inkişafın əsaslarına çevirməsinə şərait yaradıb. Enerji gəlirlərinin mühüm hissəsi sosial infrastrukturun yenilənməsinə sərf olunub. Son illərdə ölkənin şəhər və rayonlarında geniş tikinti-quruculuq işləri aparılıb, müasir yaşayış məntəqələri, yollar, körpülər, içməli su və kanalizasiya sistemləri yaradılıb. Regionların inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində iqtisadi fəallıq genişlənib, yerli sahibkarlığın inkişafı üçün yeni imkanlar açılıb. Dövlət siyasətində insan kapitalının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə təhsil sahəsinə ayrılan investisiyalar davamlı şəkildə artırılıb, yeni məktəblər və ali təhsil infrastrukturu yaradılıb, tədris mühitinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Təhsil yalnız sosial sahə deyil, həm də ölkənin gələcək iqtisadi və texnoloji inkişafının əsas təminatçısıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması və beynəlxalq əmək bazarına uyğun mütəxəssislərin hazırlanması strateji əhəmiyyət daşıyır”, - deyə Arzu Nağıyev vurğulayıb Komitə sədri səhiyyə sektorunda həyata keçirilən islahatların da enerji gəlirlərinin sosial nəticələrinin bariz nümunəsi olduğunu bildirib: “Müasir xəstəxana komplekslərinin tikilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə infrastrukturunun yenilənməsi və yeni texnologiyaların tətbiqi əhalinin sağlamlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İqtisadi inkişafın mühüm istiqamətlərindən biri də ölkənin müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi olub. Müasir ordu quruculuğu, hərbi texniki imkanların genişləndirilməsi, müdafiə sənayesinin inkişafı və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətində xüsusi yer tutur. Milli təhlükəsizlik yalnız hərbi güclə deyil, iqtisadi dayanıqlıq, sosial sabitlik və güclü dövlət institutları ilə təmin olunur. Bu baxımdan enerji gəlirlərinin müdafiə və təhlükəsizlik sahəsinə yönəldilməsi ölkənin ümumi inkişaf konsepsiyasının tərkib hissəsidir” Arzu Nağıyev əlavə edib ki, son dövrlərdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar da xüsusi əhəmiyyət daşıyır. Sənaye parklarının yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi, turizm imkanlarının genişləndirilməsi, nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi iqtisadiyyatın daha dayanıqlı strukturunun formalaşmasına xidmət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler