Tacikistandan köçürülən evlər sərhəd münaqişəsində evi yananlara veriləcək
Tacikistanla sərhədin müəyyənləşdirilməsi müqabilində Qırğızıstan tərəfinə verilən 200-dən çox evin sərhəd münaqişəsinin qurbanları üçün paylanması nəzərdən keçirilir. Bu barədə AzadlıqRadiosuna prezidentin Batkəndəki səlahiyyətli nümayəndəsi Mamirjan Rəhimov məlumat verib Onun sözlərinə görə, ötən

Tacikistanla sərhədin müəyyənləşdirilməsi müqabilində Qırğızıstan tərəfinə verilən 200-dən çox evin sərhəd münaqişəsinin qurbanları üçün paylanması nəzərdən keçirilir. Bu barədə AzadlıqRadiosuna prezidentin Batkəndəki səlahiyyətli nümayəndəsi Mamirjan Rəhimov məlumat verib Onun sözlərinə görə, ötən il Qırğızıstan-Tacikistan sərhədinin dəqiqləşdirilməsi işləri çərçivəsində Tacikistandan Qırğızıstana 213 yaşayış evi verilib. Bu evlərdə xüsusi komissiya işləyir və onun nəticələri yaxın həftələrdə açıqlanacaq. A.Rəhimov bildirib ki, 2021 və 2022-ci illərdə sərhəd münaqişələrində evləri yanmış şəxslər üçün adı çəkilən evlərə baxılır: "Artıq sərhəd münaqişələrində yanan evlərin sayını təsdiqləyib məlumat göndərmişik. Onlar ikinci ev kimi veriləcək. Tacikistandan köçürülən evlər kifayət edəcək". Uzun müddətdir davam edən sərhəd mübahisəsinə son qoyulub. 2025-ci ilin sonunadək dəyişdirilən mənzillərin təhvil verilməsi prosesi başa çatıb. Hazırda sərhəddə naqillərin çəkilməsi işləri aparılır. Sərhəd dəqiqləşdirilməmişdən əvvəl silahlı qarşıdurmalar və insanların ölümünə səbəb olan faciəli hadisələr baş verdi 2021-ci ilin aprelində 36 Qırğızıstan vətəndaşının, Tacikistan tərəfdən isə 19 nəfərin öldürüldüyü rəsmən açıqlanıb. 2022-ci ilin sentyabrında baş verən qarşıdurmada Qırğızıstan ən azı 75 vətəndaşını itirib, Tacikistan Xarici İşlər Nazirliyi isə 41 vətəndaşın həlak olduğunu bildirib. (JsA)


