Tayvan enişi gözləmədən desant qüvvələrini “basdırır”
Tayvan silahlı qüvvələri adanın qərb sahilində Çin ordusunun mümkün işğalını imitasiya edən təlimlər keçirir. Reuters hərbi mənbələrə istinadən xəbər verir ki, manevrlər zamanı hərbçilər simulyasiya edilmiş amfibiya hücum qüvvələrini məhv etmək üçün çoxsaylı buraxılış raket sistemləri, artilleriya

Tayvan silahlı qüvvələri adanın qərb sahilində Çin ordusunun mümkün işğalını imitasiya edən təlimlər keçirir. Reuters hərbi mənbələrə istinadən xəbər verir ki, manevrlər zamanı hərbçilər simulyasiya edilmiş amfibiya hücum qüvvələrini məhv etmək üçün çoxsaylı buraxılış raket sistemləri, artilleriya, minaatan və tank əleyhinə raketlərdən istifadə edir Təlimlər eyni vaxtda Tayçunq şəhəri yaxınlığında uzunluğu təxminən 20 km olan sahilin səkkiz hissəsində keçirilir. Məhz Tayvanın qərb sahili, Tayvan boğazı üzərindən Çinlə üz-üzədir və bu, Çin qoşunlarının mümkün enişi üçün ən çox ehtimal olunan istiqamət hesab olunur. Tayvan ordusuna görə, təlim ssenarisi real döyüş şəraitinə mümkün qədər yaxındır Saxta hücumu dəf etmək üçün Tayvanın Thunderbolt-2000 mobil raket sistemləri, Amerikanın Paladin özüyeriyən haubitsaları, həmçinin artilleriya və tank əleyhinə sistemlərdən istifadə olunur. Hərbçilər düşmənin desant hissələrini sahilə çatmazdan əvvəl məhv etmək üçün nəzərdə tutulmuş qondarma “öldürmə zonası” yaradırlar Ordu komandanlığı qeyd edib ki, son 7 ildə ilk dəfə olaraq “Thunderbolt-2000” sistemləri əməliyyat zonasında canlı atəşlər aparır. Əgər əvvəllər bölmələr təlimlərin başlamasına bir həftə qalmış mövqe tutmuşdusa, bu dəfə manevrlərin başlamasına bir gün qalmış əraziyə gəliblər


