Məzunları işə götürən sahibkarlara vergi güzəştləri veriləcək
Özbəkistanda universitet məzunlarını işə götürən sahibkarlar 1 il müddətində gənc mütəxəssislər üçün gəlir vergisi və sosial vergi ödəyəcəklər. Bu barədə prezident Şavkat Mirziyoyev bu gün, iyunun 30-da gənclərlə görüşü zamanı bildirib Həmçinin qeyd olunub ki, hazırda Sosial Reyestrə daxil edilməyə

Özbəkistanda universitet məzunlarını işə götürən sahibkarlar 1 il müddətində gənc mütəxəssislər üçün gəlir vergisi və sosial vergi ödəyəcəklər. Bu barədə prezident Şavkat Mirziyoyev bu gün, iyunun 30-da gənclərlə görüşü zamanı bildirib Həmçinin qeyd olunub ki, hazırda Sosial Reyestrə daxil edilməyən, lakin valideyn himayəsindən məhrum olmuş, hərbi xidmətdən qayıdan, əmək miqrasiyasından qayıdan, cəza çəkən və ya sağlamlıq imkanları məhdud olan daha 1 milyon gənc var. Onlara dəstək olmaq üçün “Zəmanətli İlk Addım” paketi təqdim ediləcək Bu paket çərçivəsində qeyri-mütəşəkkil gəncləri “mentor-tələbə” proqramı üzrə hazırlayan və onların ali məktəblərə daxil olmasına köməklik göstərən tələbələr magistraturaya müraciət edərkən əlavə bal qazanacaq və dövlət təqaüdünün alınmasında üstünlük veriləcək Prezident ticarət, xidmət və istehsalat sahələrində öz brendlərini yaradan gənc sahibkarları həmyaşıdlarına biznesi necə idarə etməyi öyrətməyə çağırıb. Bu məqsədlə Gənclərin Mini-Françayzinq proqramına start veriləcək Proqram çərçivəsində fəaliyyətini genişləndirən gənc sahibkarlara torpaq sahələri və güzəştli şərtlərlə kreditlər ayrılacaq. Yerli brendlərdən franchise alan gənc kişi və qadınlara Gənclərin Sahibkarlıq Fondundan 300 milyon soma qədər faizsiz kreditlər veriləcək Bu proqramların maliyyələşdirilməsinə 500 milyard sum vəsaitin ayrılacağı açıqlanıb Bundan əvvəl Özbəkistanda peşə təhsili alan gənclərə faizsiz kredit şəklində peşəkar vauçerlərin veriləcəyi bildirilirdi


