“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub
İran qüvvələri iyunun 7-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi hücum zamanı “Xeybarşekan” bərk yanacaqlı ballistik raketlərdən istifadə edib AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb Məlumata görə, raketin uçuş məsafəsi 1450 kilometr, çəkisi 4500 kiloqra

İran qüvvələri iyunun 7-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi hücum zamanı “Xeybarşekan” bərk yanacaqlı ballistik raketlərdən istifadə edib AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb Məlumata görə, raketin uçuş məsafəsi 1450 kilometr, çəkisi 4500 kiloqram, uzunluğu isə 10 metrdir. “Xeybarşekan” İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil raketləri sırasına daxildir və hava hücumundan müdafiə sistemlərini dəf etməyə imkan verən xüsusiyyətlərə malikdir Agentliyin məlumatında qeyd olunur ki, raket müasir müdafiə sistemlərinə qarşı effektivliyi artırmaq məqsədilə xüsusi texniki imkanlarla təchiz edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


