Tenqri
Ana Səhifə
İqtisadiyyat

Daşkənddə Mərkəzi Asiya-Azərbaycan-Avropa enerji dəhlizinin inkişafı ilə bağlı danışıqlar keçirilir

BAKI, Azərbaycan, 12 may. Daşkənddə keçirilən Özbəkistanın Beynəlxalq Enerji Həftəsi çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan nümayəndələrin, eləcə də maraqlı tərəflərin və inkişaf tərəfdaşlarının iştirakı ilə Yaşıl Dəhliz Alyansı müştərək müəssisəsinin iclası keçirilib və bu iclasd

0 baxıştrend.az
Daşkənddə Mərkəzi Asiya-Azərbaycan-Avropa enerji dəhlizinin inkişafı ilə bağlı danışıqlar keçirilir
Paylaş:

BAKI, Azərbaycan, 12 may. Daşkənddə keçirilən Özbəkistanın Beynəlxalq Enerji Həftəsi çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan nümayəndələrin, eləcə də maraqlı tərəflərin və inkişaf tərəfdaşlarının iştirakı ilə Yaşıl Dəhliz Alyansı müştərək müəssisəsinin iclası keçirilib və bu iclasda Avropaya enerji dəhlizinin inkişafı müzakirə edilib Məlumata görə, tədbirdə iştirakçı ölkələrin energetika nazirlərinin müavinləri, o cümlədən Özbəkistanın energetika nazirinin birinci müavini Bəxtiyor Mamatkarimov, Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtjan və Asiya İnkişaf Bankının (ADB) Özbəkistandakı nümayəndəliyinin direktoru Kanokpan Lao-Araya iştirak ediblər Eyni zamanda qeyd olunur ki, iştirakçılar öz çıxışlarında regional enerji inteqrasiyasını dərinləşdirmək və daha geniş Xəzər regionunda və daha da Avropaya doğru “yaşıl keçid”i dəstəkləmək üçün layihənin strateji əhəmiyyətini və onun vaxtında və səmərəli həyata keçirilməsinin zəruriliyini vurğulamışlar İclasın ayrıca bir hissəsi tədqiqatların başlanması və yükün proqnozlaşdırılması haqqında ətraflı hesabat təqdim edən layihənin texniki məsləhətçisi CESI SpA-ya həsr olunub. Təqdimatda texniki qiymətləndirmələr, məlumatların toplanması və təklif olunan dəhliz çərçivəsində elektrik enerjisinə tələbatın və enerji tutumunun uzunmüddətli proqnozlaşdırılması sahəsində nailiyyətlər vurğulanıb İştirakçılar Yaşıl Dəhliz Alyansı mexanizmi çərçivəsində gələcək əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiq etdilər və layihənin texniki-iqtisadi əsaslandırmasının növbəti mərhələləri və regional əlaqələndirmə üzərində işi davam etdirmək barədə razılığa gəldilər

Kaynak: trend.az

Diğer Haberler