Tenqri
Ana Səhifə
Dünya

Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya və Ekoloji biofizika şöbələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəki rayonu Öyrət kənd ümumi orta məktəbində “Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri” mövzusund

0 baxışazertag.az
Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri
Paylaş:

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya və Ekoloji biofizika şöbələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəki rayonu Öyrət kənd ümumi orta məktəbində “Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri” mövzusunda seminar təşkil edilib Tədbiri açan Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin rəhbəri Qafqaz Ağabalayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu qeyd edib. O, tarixi şəhərlərin davamlı inkişafının təmin olunmasının, onların memarlıq irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının müasir dövrün mühüm məsələlərindən biri olduğunu deyib, məhz bu səbəbdən şəhərsalma proseslərinin sürətlənməsi fonunda milli-mədəni irsin qorunmasının xüsusi diqqət tələb etdiyini və bu istiqamətdə elmi yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb Sonra “Tarixi şəhərlərdə memarlıq irsi və turizm potensialının inkişafı”, “Ekoloji memarlıq”, “Şəhərsalma mühitində ekoloji problemlər və onların idarə olunması mexanizmləri”, “Müasir şəhərsalınmada ekoloji biofizikanın rolu”, “Təbii fəlakətlər kontekstində sel hadisələrinin şəhərsalma strukturlarına təsiri” mövzularında məruzələr dinlənilib Seminarın sonunda Öyrət kənd ümumi orta məktəbinə Şəki REM-lə birgə əməkdaşlığa görə təşəkkürnamə və Şəki REM-in nəşri olan kitablar təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler