Tanışlarını görüşə çağırıb döyənlər tutuldu
Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar Modern.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar Belə ki, iki nəfər tanışları olan bi

Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar Modern.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar Belə ki, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə ediblər. Daha sonra fiziki zor tətbiqi ilə gəncin 4 700 manat dəyərində olan mobil telefonunu ələ keçiriblər. Quldurluq əməlini törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy saxlanılıblar Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən yaxalanıb Faktlarla bağlı araşdırmalar aparılır


