Hörmüz boğazında Çin ekipajının olduğu tanker hücuma məruz qalıb
Çin Xarici İşlər Nazirliyi cümə günü göyərtəsində Çinli ekipajın olduğu neft tankerinin Hörmüz boğazında hücuma məruz qaldığını təsdiqləyib və Yaxın Şərqdə davam edən münaqişənin təsirinə məruz qalan gəmilərin taleyi ilə bağlı dərin narahatlığını bildirib Bu barədə Reuters xəbər verir Xarici İşlə

Çin Xarici İşlər Nazirliyi cümə günü göyərtəsində Çinli ekipajın olduğu neft tankerinin Hörmüz boğazında hücuma məruz qaldığını təsdiqləyib və Yaxın Şərqdə davam edən münaqişənin təsirinə məruz qalan gəmilərin taleyi ilə bağlı dərin narahatlığını bildirib Bu barədə Reuters xəbər verir Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian müntəzəm brifinq zamanı bildirib ki, gəminin göyərtəsində Çin vətəndaşları var, lakin ekipaj arasında itkilər barədə hazırda məlumat yoxdur. Çin mediası Caixin cümə axşamı günü Çinə məxsus "CHINA OWNER & CREW" markalı tankerin bazar ertəsi Hörmüz boğazı yaxınlığında hücuma məruz qaldığını bildirib. Hücum Çinin xarici işlər naziri Vanq Yi ilə iranlı həmkarı Abbas Araqçi arasında boğazın açılması məsələsini müzakirə etmək üçün çərşənbə günü Pekində keçirilən görüşdən əvvəl həyata keçirilib Çin İranda müharibə başlayandan bəri İran neftinin əsas alıcısı olaraq qalır, İrandan idxal isə mart ayında demək olar ki, dəyişməyib Hücum edilən gəminin kimliyi rəsmi olaraq açıqlanmayıb. Dəniz təhlükəsizliyi mənbələri, qəzaya uğrayan gəminin bazar ertəsi göyərtədəki yanğın barədə yaxınlıqdakı gəmiləri xəbərdar edən Marşal Adaları bayraqlı neft və kimyəvi tanker JV Innovation olduğuna inanır Məlumata görə, hadisə Fars körfəzində Birləşmiş Ərəb Əmirlikləri sahillərində, Mina Saqr limanı yaxınlığında baş verib


