Tenqri
Ana Səhifə
Mədəniyyət

Tarix, memarlıq və incəsənətin qovuşduğu yer - FOTO

Day.Az AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasını təqdim edir: Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Milli İncəsənət Muzeyi Bakı şəhəri, Niyazi küçəsi, 11/9 ünvanında yerləşir. Bu il 90 yaşı tamam olan muzey ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, həm də Azərbaycanın z

0 baxışday.az
Tarix, memarlıq və incəsənətin qovuşduğu yer - FOTO
Paylaş:

Day.Az AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasını təqdim edir: Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Milli İncəsənət Muzeyi Bakı şəhəri, Niyazi küçəsi, 11/9 ünvanında yerləşir. Bu il 90 yaşı tamam olan muzey ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, həm də Azərbaycanın zəngin bədii irsini qoruyub saxlayan mühüm məkandır Muzeyin fondu altı əsas kolleksiyadan ibarətdir: “Rəsm”, “Qrafika”, “Heykəltəraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini”. Burada 18 mindən çox eksponat saxlanılır. Bunlar Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əhatə edən rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət nümunələridir Bununla yanaşı, sərgidə Qərbi Avropa, Rusiya və Şərqin qiymətli sənət əsərləri nümayiş etdirilir. XVI-XX əsrlərə aid rus avanqard və Qərbi Avropa rəsm kolleksiyaları ziyarətçilərin xüsusi marağına səbəb olur Muzey təkcə sərgi məkanı kimi deyil, həm də maarifləndirici və mədəni tədbirlərin keçirildiyi incəsənət mərkəzi kimi fəaliyyət göstərir. Burada sərgilər ətrafında müxtəlif növ ekskursiyalar təşkil olunur. Çərşənbə günləri milli və dünya musiqisini əhatə edən konsert proqramları təqdim olunur. Həftə sonları isə uşaqlar üçün incəsənət tarixi üzrə maarifləndirici və əyləncəli proqramlar keçirilir, Azərbaycan incəsənətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilir Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi binası özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb edir. 2013-cü ildə bu binalar şüşə və polad konstruksiyalardan ibarət keçidlə birləşdirilib. Muzeyin yeni mərkəzi binasında müasir incəsənət sərgiləri və müxtəlif mədəni layihələr təşkil olunur Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler