Tenqri
Ana Səhifə
Dünya

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

İslam maliyyə alətlərinin tətbiqini təmin etmək məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər üzərində işləyirik. Bu dəyişikliklər ənənəvi və İslam maliyyəsi arasında neytral yanaşmanın təmin edilməsinə xidmət edir AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankı

0 baxışazertag.az
Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk
Paylaş:

İslam maliyyə alətlərinin tətbiqini təmin etmək məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər üzərində işləyirik. Bu dəyişikliklər ənənəvi və İslam maliyyəsi arasında neytral yanaşmanın təmin edilməsinə xidmət edir AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda çıxışı zamanı deyib "Bazar iştirakçılarının hazırkı hazırlıq səviyyəsini nəzərə alaraq, ilkin mərhələdə İslam pəncərəsi modelini tətbiq edəcəyik və sonrakı mərhələdə tələbi qiymətləndirərək tammiqyaslı tətbiqlə bağlı qərar verəcəyik. Biz, həmçinin şəriət prinsiplərinə uyğun məhsulların sınaqdan keçirilməsi məqsədilə Tənzimləyici "Sandbox" Reyestrindən fəal şəkildə istifadə edirik. Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün əlverişli mühitin yaradılması məqsədilə İslam İnkişaf Bankı ilə birgə layihə həyata keçiririk. Bu layihə güclü hüquqi və tənzimləyici bazanın formalaşdırılmasına, maliyyə institutlarının İslam maliyyəsi sahəsində potensialının artırılmasına, monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılmasına və nəticə etibarilə Azərbaycanın ilk sukuk emissiyasının həyata keçirilməsinə imkan verəcək. Bu isə maliyyə sektorumuzun daha da şaxələndirilməsinə xidmət edəcək", - deyə T.Kazımov qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler