Tacikistan və Dünya Bankı suyun idarə olunması üçün rəqəmsal həlləri müzakirə edir
DÜŞANBE, Tacikistan, 7 may. Tacikistan və Dünya Bankı (DB) su ehtiyatları sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Məsələ 2026-cı il mayın 7-də Tacikistanın Energetika və Su Ehtiyatları Naziri Daler Cuma ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf

DÜŞANBE, Tacikistan, 7 may. Tacikistan və Dünya Bankı (DB) su ehtiyatları sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Məsələ 2026-cı il mayın 7-də Tacikistanın Energetika və Su Ehtiyatları Naziri Daler Cuma ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Vahbanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş zamanı müzakirə edilib Görüş zamanı tərəflər, həmçinin birgə layihələrin həyata keçirilməsi, sahə infrastrukturunun gücləndirilməsi, su ehtiyatlarının idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər Suvarma infrastrukturunun yenidən qurulması və modernləşdirilməsinə, su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasına, müasir rəqəmsal sistemlərin tətbiqinə xüsusi diqqət yetirilib Bununla əlaqədar, tərəflər davamlı inkişaf məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar Bundan başqa, nazir Dünya Bankının nümayəndə heyətini “Su davamlı inkişaf üçün 2018-2028-ci illər” Beynəlxalq Fəaliyyət Onilliyinə dair Yüksək Səviyyəli Dördüncü Beynəlxalq Konfransda fəal iştiraka dəvət edib O, həmçinin Tacikistanın qlobal su təşəbbüslərinin irəliləməsinə beynəlxalq tərəfdaşların töhfəsinin vacibliyini vurğuladı

