Tenqri
Ana Səhifə
Dünya

Tacikistan və Kipr ikitərəfli və regional əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edirlər

BAKI, Azərbaycan, 5 iyun. Tacikistan Prezidenti Emoməli Rəhmon iyunun 5-də Kiprin xarici işlər naziri Konstantinos Kombosu qəbul edib, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib "Biz Avropa İttifaqı və onun üzv dövlətləri ilə uzunmüddətli qarşılıqlı faydalı əməkd

0 baxıştrend.az
Tacikistan və Kipr ikitərəfli və regional əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edirlər
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun. Tacikistan Prezidenti Emoməli Rəhmon iyunun 5-də Kiprin xarici işlər naziri Konstantinos Kombosu qəbul edib, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib "Biz Avropa İttifaqı və onun üzv dövlətləri ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıyıq", - Emoməli Rəhmon görüşün əvvəlində deyib Bu kontekstdə Tacikistan Kipr ilə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bir daha təsdiqlədi Tərəflər həmçinin qeyd ediblər ki, Tacikistan Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamaq niyyətindədir və Mərkəzi Asiya ölkələri ilə Aİ arasında regional əməkdaşlıq gündəliyinin genişləndirilməsində maraqlıdır Tacikistan və Kipr arasında beynəlxalq təşkilatlar, xüsusən də BMT, o cümlədən su və iqlim məsələləri üzrə müntəzəm siyasi dialoqun və məhsuldar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb Tərəflər əlavə olaraq regionda və dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığı müzakirə ediblər

Kaynak: trend.az

Diğer Haberler