Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu e

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu edirəm Tailand ilə Azərbaycan arasında 30 ildən artıq davam edən, qarşılıqlı anlaşmaya və ortaq dəyərlərə əsaslanan dostluq münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir Qəti şəkildə əminəm ki, biz güclü iradəmizlə ölkələrimizin və xalqlarımızın mənafeyi naminə dostluq münasibətlərimizi möhkəmləndirmək, xüsusilə ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində fəaliyyətimizi davam etdirərək birgə səylərimizi daha da artıracağıq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


