Tehrandan dünyaya mesaj: “Bizi raket və təyyarələrlə ram edə bilməzsiniz”
Paytaxt Tehranda hökumət üzvləri ilə görüşən Pezeşkiyan “Heç bir gücə boyun əyməyəcəyik” mesajını verib və şərəfli diplomatiya şərti ilə danışıqların qapılarını açıq saxlayıb İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehranda öz kabineti ilə görüşən Pezeşkian vurğulayıb ki, düşmənlər

Paytaxt Tehranda hökumət üzvləri ilə görüşən Pezeşkiyan “Heç bir gücə boyun əyməyəcəyik” mesajını verib və şərəfli diplomatiya şərti ilə danışıqların qapılarını açıq saxlayıb İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehranda öz kabineti ilə görüşən Pezeşkian vurğulayıb ki, düşmənlər İranı raket, bomba və təyyarələrlə tabe edə bilməz. "Biz heç bir gücə boyun əyməyəcəyik. Ölkənin namusunu öz rahatlığımıza və dünyəvi maraqlarımıza qurban verməyəcəyik" deyən Pezeşkian, ən böyük təhlükənin kənar hücumlar olmadığını bildirib; O, düşmənin daxili qarışıqlıqlara və ictimai birliyin pozulmasına səbəb ola biləcəyinə diqqət çəkib Ölkə daxilində diplomatiyaya və danışıqlara qarşı çıxanlara açıq şəkildə cavab verən Pezeşkiyan ölkəni ağıllı idarə etmələri lazım olduğunu bildirib və deyib: "Danışıqlara getməyəcəyik şüarının heç bir mənası yoxdur. Danışıqlar aparmasaq nə edək? Biz ləyaqətlə danışıq aparırıq. Bizim haqqımız, məntiqimiz, sübutumuz var. Biz əcnəbilərə qarşı ləyaqətlə dayanacağıq, xalqımızın dəstəyi ilə haqqımızı güclü şəkildə müdafiə edəcəyik. Məntiqi nəticələr şüarlarla deyil, meydandakı hərəkətlərlə əldə edilir" İran prezidenti çıxışında ölkədə dərinləşən enerji böhranına xüsusi işarə vurub və ictimaiyyəti təcili qənaət etməyə çağırıb. Avropadan 3 qat daha çox elektrik və təbii qaz istehlak etdiklərinin vurğulayan Pezeşkiyan, "Bu tendensiya davam edərsə, yay və qış aylarında fasilələr qaçılmaz olacaq. Digər tərəfdən benzin istehsal gücümüz də azalıb. Gündəlik 150 milyon litr benzinə ehtiyacımız olduğu halda, hazırda yalnız 100 milyon litr istehsal edə bilirik" dedi


