Tehran Körfəz və İordaniyadakı bazalarına zərbələr endirib
İran İnqilab Keşikçiləri Korpusu) bu gün İranın İordaniyadakı ABŞ bazasına və Körfəz bölgəsindəki 21 ayrı hədəfə hücum etdiyini açıqlayıb. Küveyt və Bəhreyn də bu hədəflər arasında idi Sözügedən gərginliyin ABŞ-ın Hörmüz boğazı yaxınlığında İran daxilində hava hücumundan müdafiə sistemləri, yerdən

İran İnqilab Keşikçiləri Korpusu) bu gün İranın İordaniyadakı ABŞ bazasına və Körfəz bölgəsindəki 21 ayrı hədəfə hücum etdiyini açıqlayıb. Küveyt və Bəhreyn də bu hədəflər arasında idi Sözügedən gərginliyin ABŞ-ın Hörmüz boğazı yaxınlığında İran daxilində hava hücumundan müdafiə sistemləri, yerdən idarəetmə stansiyaları və radar nöqtələrini hədəf alan intensiv hava hücumlarına cavab olaraq baş verdiyi bildirilib. İran tərəfi hücumlarda Cask, Sirik və Qeşm bölgələrində bəzi infrastrukturların zədələndiyini, Sirikdə rabitə qülləsinin dağıdıldığını, su çənlərinin məhv edildiyini açıqlayıb İran İnqilab Keşikçiləri bu hücumlara cavab olaraq, saat 02.30-da Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasını pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını açıqlayıb. Hücumların davam edəcəyi təqdirdə “daha ağır və daha sərt” cavabların veriləcəyi barədə də xəbərdarlıq edilib Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə həyata keçirildiyi bildirilən hücumlarda Ağ Evin "çox sərt cavab" istədiyi bildirilib ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da "özünümüdafiə" çərçivəsində İrana qarşı hava hücumları təşkil etdiyini və bunun dünən ABŞ ordusuna aid "Apaçi" tipli helikopterin vurulmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb


