"Sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır" - Rəy
“Ölkədə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb və amil isə düşünürəm ki, rəqabətsizlik şəraiti sayılmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən indiyədək kənd təsərrüfatına sərf olunan ümumi vəsaitin statistikası dəq

“Ölkədə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb və amil isə düşünürəm ki, rəqabətsizlik şəraiti sayılmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən indiyədək kənd təsərrüfatına sərf olunan ümumi vəsaitin statistikası dəqiq məlum olmasa da, ötən onilliklər ərzində ayrılan birbaşa subsidiyalar, müxtəlif proqramları üzrə vəsaitlər, güzəştli kreditlər, infrastruktur xərclər və s. ildən-ilə artırılıb. Bunun müqabilində effektlilik isə adekvat xarakter daşımayıb. Təkcə subsidiyalaşdırma üzrə əldə olunan nəticələr buna əyani sübutdur” Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a deyib. İqtisadçı vurğulayıb ki, dövlət tərəfindən aqrar sektora ayrılan birbaşa maliyyə vəsaiti ilbəil artıb və artır. Cari ildə dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə 1.2 milyard manat vəsait nəzərdə tutulub ki, bu göstərici 2025-ci il ilə müqayisədə 1.5% , 2024-cü ilin icrası ilə müqayisədə isə 11.5% çox deməkdir. ci illərdə isə bu sahəyə ayrılan illik büdcə xərcləri təqribən 1.07-1.18 milyard manat ətrafında olub. Bütün bunlardan əlavə, ölkədə irimiqyaslı regional infrastruktur layihələrinə - suvarma kanallarının çəkilməsinə, aqroparkların yaradılmasına, meliorasiya işlərinə milyardlarla manat vəsait xərclənib: “Bununla belə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ÜDM istehsalı həcmində 5.9% paya sahibdir. Düzdür, qeyd oluna bilər ki, inkişaf etmiş ölkələrdə sözügedən rəqəm bundan da aşağı səviyyədədir. Hələ üstəlik, onlarda əhalinin də bizdəki kimi 35.4%-i deyil, cəmi 1-3%-i kənd təsərrüfatında çalışır. Ölkəmizdə rəsmi məşğul əhalinin 1 milyon yarımdan çox hissəsi aqrar sektorda çalışdığına görə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ÜDM-də gərək 15-20% pay təşkil etməli idi. Bu, nəyi göstərir? Azərbaycanda aqrar sahənin qeyri-müasir səviyyədə inkişaf etdiyini və müasir tələblərə uyğun vəziyyətdə olmadığını. Ümumiyyətlə, bu və ya digər sahədə əməktutumluluğun yüksəkliyi iqtisadi effektivliksizlik göstəricisidir. Belə ki, hansı sahədə ki, işçi qüvvəsinin sayı az məhsuldarlıq isə yüksək təşkil edirsə demək orada texnologiyalardan, mexanizasiyadan və elmi təcrübələrdən istifadə qənaətbəxş səviyyədədir. Məsələ bundadır ki, sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır. Əli torpaqdan soyumuş kəndliyə ən müasir texnologiya da versən o, torpağa qayıdan deyil - bunun üçün onda məhsula və məhsuldarlığa maraq olmalıdır. Bazara rahat çıxış və satışdan da əldə edilən nəticəyə maraq olarsa kəndçi öz həyətindən də pul çıxarda bilər. Əsas məsələ budur”
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
