Tenqri
Ana Səhifə
Dünya

SWIFT rəsmisi: "Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir"

Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir "Report" xəbər verir ki, bunu X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Hikmet Can Yılmazsoy bildirib Onun sözlərinə görə, beynəlxalq ödənişlər hazırda böyük transformasiya mərhəl

0 baxışreport.az
SWIFT rəsmisi: "Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir"
Paylaş:

Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir "Report" xəbər verir ki, bunu X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Hikmet Can Yılmazsoy bildirib Onun sözlərinə görə, beynəlxalq ödənişlər hazırda böyük transformasiya mərhələsindən keçir: "Bu proses bəzi ekspertlər tərəfindən hətta "mükəmməl fırtına" kimi xarakterizə olunur. Reallıqda qlobal ödəniş ekosistemində baş verən dəyişikliklərin miqyası kifayət qədər böyükdür. Bu transformasiyanı hərəkətə gətirən əsas amillərə nəzər saldıqda, hər birimizin gündəlik həyatında müşahidə etdiyi tendensiyalar ön plana çıxır. İlk növbədə, həm istifadəçilər, həm də tənzimləyici qurumlar tərəfindən gözləntilər əhəmiyyətli dərəcədə artıb. Xüsusilə istifadəçi gözləntilərinin formalaşmasında yerli ani ödəniş sistemlərinin mühüm rolu var. Çünki 24/7 rejimində saniyələr ərzində ödəniş həyata keçirən istifadəçilər artıq eyni sürət və rahatlığı beynəlxalq köçürmələrdə də tələb edirlər. Digər tərəfdən, tətbiq iqtisadiyyatının (app economy) sürətli inkişafı istifadəçilərin ödəniş təcrübəsinə yanaşmasını dəyişib. İnsanlar ödənişlərini vahid interfeys üzərindən, mümkün qədər sadə, sürətli və intuitiv şəkildə həyata keçirmək istəyirlər Bundan əlavə, yeni biznes və ödəniş modellərinin yayılması fonunda "rəqəmsal ilk növbədə" yanaşması qlobal maliyyə sektorunda əsas istiqamətlərdən birinə çevrilib. Bu tendensiya beynəlxalq ödəniş infrastrukturunun da daha çevik, sürətli və rəqəmsal həllər əsasında formalaşmasını zəruri edir" O əlavə edib ki, texnologiya sahəsində, süni intellektlə yanaşı DLT, blokçeyn və rəqəmsal aktivlərin də sürətlə populyarlıq qazanır: "Artıq bu istiqamətlər yalnız "proof of concept", "proof of value" və pilot mərhələlərini deyil, həm də korporativ qəbul mərhələsini keçərək, real tətbiq mühitinə daxil olur. Eyni zamanda, xüsusilə böyük və dərin maliyyə bazarlarına malik ölkələrdən başlayaraq rəqəmsal aktivlərin daha geniş şəkildə tənzimləndiyini müşahidə edirik. Bu proses onların ənənəvi maliyyə sisteminə proqnozlaşdırıla bilən və məsuliyyətli şəkildə inteqrasiyasını təmin edir. Bu çərçivədə SWIFT olaraq diqqət yetirdiyimiz iki əsas istiqamət mövcuddur. Birincisi, mövcud ödəniş dəhlizlərinin inkişaf etdirilməsidir. Digər istiqamət isə gələcəyin ödəniş dəhlizləri hesab edilən rəqəmsal aktivlər, rəqəmsal valyutalar və rəqəmsal dəyər köçürmələrini dəstəkləyəcək infrastrukturun formalaşdırılmasıdır Bu iki paralel xətt üzrə həm bu günün ödəniş sistemlərini təkmilləşdirərkən, həm də gələcəyin maliyyə arxitekturasını dizayn edərkən əsas diqqət etdiyimiz məqamlardan biri onların qarşılıqlı işləkliyinin təmin edilməsidir. Məqsəd iki fərqli ekosistemi - mövcud və gələcək maliyyə sistemlərini - bir-biri ilə uyğun və inteqrasiya olunmuş şəkildə inkişaf etdirməkdir" H.Yılmazsoy vurğulayıb ki, beynəlxalq ödənişlərdə 24/7 real vaxt modelinə keçid gündəmdədir: "Xüsusilə ötən ilin ikinci rübündən və ikinci yarımilindən etibarən intensiv şəkildə müzakirə etdiyimiz, Azərbaycanda banklar və Mərkəzi Bank tərəfindən də nəzərdən keçirilən yeni ödənişlər strukturu gündəmimizdədir. Bu strukturun əsas məqsədi müştərilərimizin və digər ödəniş istifadəçilərinin yerli anlıq ödəniş sistemlərində yaşadıqları 24/7, real vaxt rejimindəki təcrübəni beynəlxalq ödənişlərə də şamil etməkdir. Bu çərçivədə üç əsas istiqamətə fokuslanırıq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler