Tenqri
Ana Səhifə
Dünya

Svetlana Əhmədova: Gənclərin musiqi zövqü akademik sənətə yaxınlaşmada vacib rol oynayır

Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyi ərəfəsində həyata keçirilən silsilə tədbirlər mühüm bir missiyanı özündə birləşdirir. Müasir dövrdə insanların, xüsusən də gənclərin dəyərləri və musiqi zövqlərinin müəyyən qədər dəyişdiyi bir şəraitdə kollektivin əsas məqsədi onları akademik sənə

0 baxışazertag.az
Svetlana Əhmədova: Gənclərin musiqi zövqü akademik sənətə yaxınlaşmada vacib rol oynayır
Paylaş:

Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyi ərəfəsində həyata keçirilən silsilə tədbirlər mühüm bir missiyanı özündə birləşdirir. Müasir dövrdə insanların, xüsusən də gənclərin dəyərləri və musiqi zövqlərinin müəyyən qədər dəyişdiyi bir şəraitdə kollektivin əsas məqsədi onları akademik sənətə, milli xüsusiyyətlərimizə və zəngin musiqi incilərimizə daha yaxından cəlb etməkdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Xor Kapellasının meneceri Svetlana Əhmədova bildirib O qeyd edib ki, gənclərin estetik, maarifləndirici və vətənpərvərlik ruhunda inkişaf etdirilməsi, onların müxtəlif incəsənət nümunələri ilə tanış edilməsi olduqca vacibdir. Bu yanaşma gənclərin şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərir və gələcəkdə gördükləri işlərin ölkənin inkişafına töhfə verməsinə zəmin yaradır “Biz incəsənət adamları müxtəlif mühitlərdə ölkəmizi layiqincə təmsil etmək məsuliyyəti daşıyırıq. Buna görə də bilik və dünyagörüşümüz çoxşaxəli olmalıdır”, – deyə o vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler