Səudiyyə xəbər kanalının 9 maddəlik ABŞ-İran sülh sazişinin yekun layihəsi mətni ilə bağlı iddiası
Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyyə qəzeti, ABŞ-İran tərəfindən bir neçə saat ərzində elan ediləcəyini iddia etdiyi 9 maddəlik sülh müqaviləsinin son layihə mətni olduğu iddia edilən sənədi dərc edib Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyyə qəzeti ABŞ və İran arasında gözlənilən razılaş
Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyyə qəzeti, ABŞ-İran tərəfindən bir neçə saat ərzində elan ediləcəyini iddia etdiyi 9 maddəlik sülh müqaviləsinin son layihə mətni olduğu iddia edilən sənədi dərc edib Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyyə qəzeti ABŞ və İran arasında gözlənilən razılaşmanın yekun layihəsi olduğu iddia edilən sənədi dərc edib. Əl-Ərəbiyyədə çıxan xəbərdə ABŞ və İranın bir neçə saat ərzində layihə mətnini açıqlamasının gözlənildiyi qeyd edilib. Hər iki tərəf rəsmən elan etdikdən dərhal sonra qüvvəyə minəcək 9 maddədən ibarət sazişin əsas maddələri aşağıdakı kimidir: 1- Quru, dəniz və hava daxil olmaqla bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs 2- Hərbi, mülki və iqtisadi infrastrukturu hədəf almamaq üçün qarşılıqlı öhdəlik 3-Hərbi əməliyyatların dayandırılması və media müharibəsinin dayandırılması 4- Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və onların daxili işlərinə qarışmamaq öhdəlikləri 5- Fars körfəzi, Hörmüz boğazı və Oman dənizində naviqasiya azadlığının təmin edilməsi 6- Müqavilənin icrasına nəzarət etmək və mübahisələri həll etmək üçün ümumi mexanizmin yaradılması 7- 7 gün ərzində həll olunmamış məsələlərlə bağlı danışıqlara başlamaq 8- İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində ABŞ-ın İrana qarşı sanksiyalarının tədricən aradan qaldırılması 9- Müqavilə layihəsində bunun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət çərçivəsində olduğu vurğulanır. -RİYAD


