Sumud Donanması Marmarisdən Qəzzaya yola düşüb
Aprelin 15-də İspaniyanın Barselona şəhərindən yola düşən Qlobal Sumud Donanması mayın 10-da Marmarisdə hazırlıqlarını tamamladı. Limanda aparılan texniki işlərin ardından ilkin 38 gəmiyə 16 qayıq əlavə edilərək donanma tutumu artırıldı. Müxtəlif ölkələrdən olan 500-dən çox fəal Aralıq dənizi suları

Aprelin 15-də İspaniyanın Barselona şəhərindən yola düşən Qlobal Sumud Donanması mayın 10-da Marmarisdə hazırlıqlarını tamamladı. Limanda aparılan texniki işlərin ardından ilkin 38 gəmiyə 16 qayıq əlavə edilərək donanma tutumu artırıldı. Müxtəlif ölkələrdən olan 500-dən çox fəal Aralıq dənizi sularına üzərək yenidən bölgəyə marşrutunu dəyişib Günorta saatlarında yola düşməzdən əvvəl iştirakçılar limana toplaşaraq Fələstinə dəstək şüarları səsləndiriblər. Fəallar vurğulayıblar ki, onların əsas məqsədi beynəlxalq diqqəti Qəzzada humanitar vəziyyətə cəlb etmək və blokadaya etiraz etməkdir Hazırlıqlardan sonra Marmarisdən ayrılan 54 qayıqdan ibarət donanmanın yeganə hədəfinin Qəzza olduğu bildirilib. Təhlükəsizlik tədbirləri və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərən fəallar humanitar yardım materiallarını çatdırmaq üçün səyahətlərini davam etdirirlər. Donanmanın Aralıq dənizi üzrə kursu beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir


