Sumqayıtda WUF13-ə həsr olunan festival proqramı davam edir
Sumqayıtda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan festival proqramı böyük maraqla davam edir "Report"un yerli bürosunun məlumatına görə, şəhər sakinləri və qonaqların qatıldığı tədbirin ictimai proqram hissəsi Nəsimi adına Mədəniyyət və İstirahət parkında təşkil olunub

Sumqayıtda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan festival proqramı böyük maraqla davam edir "Report"un yerli bürosunun məlumatına görə, şəhər sakinləri və qonaqların qatıldığı tədbirin ictimai proqram hissəsi Nəsimi adına Mədəniyyət və İstirahət parkında təşkil olunub. Festival çərçivəsində müxtəlif yaş qrupları üçün əyləncəli və maarifləndirici proqramlar təqdim edilir Tədbirdə çıxış edən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun dünyada şəhərsalma sahəsində ən nüfuzlu platformalardan biri olduğunu bildirib O qeyd edib ki, festivalın əsas məqsədi ictimaiyyətin şəhərlərin gələcək inkişafı, müasir urbanizasiya çağırışları və dayanıqlı yaşayış mühiti barədə məlumatlandırılmasıdır Emin Hüseynzadə vurğulayıb ki, festival günlərində iştirakçılar üçün açıq hava proqramları, interaktiv zonalar, müxtəlif müsabiqələr və ictimai təqdimatlar hazırlanıb. Onun sözlərinə görə, təşkil olunan tədbirlər insanların həm maariflənməsinə, həm də asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradır Festival proqramı çərçivəsində dayanıqlı şəhər modeli, ekoloji yanaşmalar, inklüziv mühitin formalaşdırılması, innovativ şəhər həlləri və gələcəyin urbanistik baxışları ilə bağlı geniş təqdimatlar keçirilir. Eyni zamanda ziyarətçilər müxtəlif oyunlar, yaradıcı fəaliyyətlər və ictimai müzakirələrdə iştirak edirlər Park ərazisində təşkil olunan tədbirlər şəhər sakinləri tərəfindən maraqla qarşılanıb Qeyd edək ki, WUF13 Festivalının əsas məqsədi ictimaiyyətin şəhərsalma və urban inkişaf mövzularına diqqətini artırmaq, insanları gələcəyin şəhərləri barədə düşünməyə təşviq etməkdir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


