Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər keçirildi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər təşkil olunub Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər təşkil olunub Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər Daha sonra iştirakçılar Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, sənədli film izləyiblər Çıxışlarda vurğulanıb ki, Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkənin hərtərəfli inkişafının əsasını təşkil edir. Bildirilib ki, Sumqayıtın sənaye potensialının gücləndirilməsi, şəhərin sosial-iqtisadi həyatının canlandırılması və müasir infrastruktura qovuşmasında Ulu Öndərin xüsusi xidmətləri olub. Qeyd edilib ki, məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt ölkənin aparıcı sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilib Tədbirdə həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Sumqayıt son illərdə öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, sosial layihələrin icrası və müasir infrastrukturun formalaşdırılması Sumqayıtın simasını tamamilə dəyişib Ulu Öndərin 103-cü ildönümü ilə əlaqədar Sumqayıt şəhərində keçirilən tədbirlər çərçivəsində Sumqayıt şəhər Muğam Mərkəzində geniş konsert proqramı da təşkil olunub Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub Çıxışlarda qeyd olunub ki, dünya siyasətinin görkəmli simalarından biri olan Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bildirilib ki, Ulu Öndər ən çətin tarixi dönəmlərdə Azərbaycan dövlətçiliyini qoruyaraq ölkəmizi ağır sınaqlardan çıxarıb, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını formalaşdırıb Diqqətə çatdırılıb ki, Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı sonsuz məhəbbətlə sevib, xalqın rifahı və dövlətin qüdrətlənməsi naminə yorulmadan çalışıb. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi böyük uğurlar, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Heydər Əliyev siyasi məktəbinin parlaq nəticəsidir Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə Heydər Əliyevin Azərbaycanın inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər əks olunub Rəsmi hissədən sonra Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş geniş konsert proqramı təqdim edilib. Muğam ustalarının və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb ƏƏSMN kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi - Foto Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTO Prezident şəhid atasına münasibətdə əsl örnək nümayiş etdirdi - VİDEO Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı xatirəsi: Qısa müddətdə mənə ev vermişdilər Yasamal rayon ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini yad etdi - Foto FHN-in kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi - Video Prezidentin xüsusi diqqət göstərdiyi şəhid atasının qəhrəman oğlu: Samir haqda nələr bilirik? - Foto/Video "İran futbolçuları Dünya Kubokunda oynamağa layiqdirlər” - Mourinyo Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTO Heydər Əliyevin şəxsi mühafizəçisi: "Çox sadə insan idi, bizə yasa gəlmişdi" - VİDEO Tarix belə azarkeşlik görməmişdi - Öz komandalarını çempionluqdan etdilər Məşhur plastik zavodunda dəhşətli yanğın oldu - VİDEO Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq “Zangilan City Park Hotel”in təməli qoyuldu - FOTOLAR


