Tenqri
Ana Səhifə
Dünya

Sumqayıt Universitetinin yeni rektoru kimdir? - DOSYE

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Nurəli Yusifbəyli Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı. Modern.az saytı Sumqayıt D

0 baxışmodern.az
Sumqayıt Universitetinin yeni rektoru kimdir? - DOSYE
Paylaş:

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Nurəli Yusifbəyli Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı. Modern.az saytı Sumqayıt Dövlət Universitetinin yeni rektorunun dosyesini təqdim edir: N.Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu elektrik sistemlərinin kibernetikası ixtisası üzrə bitirib. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində işləyib. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışıb. 2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən İqtisadiyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində işləyib 2015-ci il 13 mart tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. 2020-ci ilin 22 sentyabrında həmin vəzifəsindən azad edilib 18 yanvar 2021-ci il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Professor Nurəli Yusifbəyli enerji sistemləri və strateji planlaşdırma sahəsində tanınmış alimdir. O, texnika elmləri doktoru və professor elmi dərəcələrinə malikdir və elektroenergetika, enerji təhlükəsizliyi və dayanıqlı enerji sistemləri sahəsində geniş elmi və praktiki təcrübəyə sahibdir N.Yusifbəyli 200-dən çox elmi əsərin, 8 kitabın, patentlərin və standartların müəllifidir O, “Electroenergetics, Technics, Mechanics + Control” beynəlxalq jurnalının baş redaktoru, IEEE üzvü və “ECO Academy”nin akademikidir. “Əməkdar mühəndis”, “Əməkdar elm xadimi” və “MDB-nin Əməkdar energetiki” kimi fəxri adlara layiq görülüb. Ailəlidir, iki övladı var

Kaynak: modern.az

Diğer Haberler