Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib
Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı beş ildən sonra ləğv edib AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Livanın Baş naziri Nəvaf Salamla telefon danışığında bildirib Səudiyyə tərəfi bildirib ki

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı beş ildən sonra ləğv edib AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Livanın Baş naziri Nəvaf Salamla telefon danışığında bildirib Səudiyyə tərəfi bildirib ki, bu qərarı Livan Prezidentinin müraciətinə cavab olaraq və Livan hökumətinin dövlət təsisatlarının yenidən quruculuğu sahəsində atdığı müsbət addımlara dəstək kimi qəbul edib Xatırladaq ki, Livanın sabiq informasiya naziri Corc Qardahinin Yəməndə müharibənin əhəmiyyəti barədə açıqlamaları səbəbilə baş vermiş diplomatik böhrandan sonra 2021-ci ilin oktyabrında Livandan məhsul idxalı qadağan olunmuşdu. 2021-ci ilin aprelində isə Livandan kənd təsərrüfatı məhsullarının idxalına da qadağa tətbiq olunmuşdu. Səudiyyə Ərəbistanı bunu “onların narkotiklərin qaçaqmalçılığında” istifadəsi ilə əsaslandırmışdı 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


