Tenqri
Ana Səhifə
Dünya

Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 525.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə S

0 baxış525.az
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Paylaş:

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 525.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram Bu əlamətdar gün Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiqləmək üçün gözəl fürsət yaradır Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin qarşılıqlı maraqlarına və ortaq məqsədlərinə xidmət edən ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qətiyyətimi ifadə edirəm Zati-aliləri, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm”

Kaynak: 525.az

Diğer Haberler

Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb | Tenqri