Stubb: Ukraynanın mövqeyi indi güclüdür, Rusiyanın mövqeyi isə zəifdir
Avropa ilə Rusiya arasında dialoqun bərpa olunmasının iki səbəbi var. Birincisi, Ukraynanın indi Rusiya ilə müqayisədə daha üstün mövqedə olmasıdır Finlandiya prezidenti Aleksandr Stubb LRT telekanalına müsahibəsində belə deyib "Məncə, Avropada belə bir dialoqun başlama vaxtının yaxınlaşmasının ik

Avropa ilə Rusiya arasında dialoqun bərpa olunmasının iki səbəbi var. Birincisi, Ukraynanın indi Rusiya ilə müqayisədə daha üstün mövqedə olmasıdır Finlandiya prezidenti Aleksandr Stubb LRT telekanalına müsahibəsində belə deyib "Məncə, Avropada belə bir dialoqun başlama vaxtının yaxınlaşmasının iki səbəbi var. Birincisi, Ukraynanın mövqeyi indi güclüdür, Rusiyanın mövqeyi isə zəifdir. Deyə bilərik ki, Ukrayna bu müharibədə böyük ölçüdə qalib gəlir və Rusiya dialoqun başlamasında maraqlı olmalıdır", - o vurğulayıb Stubb ikinci səbəbi "Avropa marağı" adlandırıb: "Əgər siz masada oturmasanız, bu masada yeyiləcəksiniz. Ona görə də hansısa dialoqu davam etdirmək daha yaxşıdır. Kimin və hansı şərtlərlə ona rəhbərlik edəcəyini söyləmək hələ tezdir", - Finlandiya prezidenti qeyd edib Avropanın Rusiya ilə dialoqa hazır olması barədə suala Stubb müsbət cavab verib "Düzünü desəm, mən Aİ-ni indikindən daha vahid görmədim. Biz COVID-19 zamanı birləşdik, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra birləşdik, bəzi fikir ayrılıqları istisna olmaqla, Ukraynanı birlikdə dəstəklədik, məsələn, Macarıstanda Viktor Orban. İndi bu problem aradan qalxıb, ona görə də Ukraynaya kömək edə bilərik", - o deyib Prezidentin sözlərinə görə, “bir nəfərin hamının adından danışması” qeyri-mümkündür, lakin Rusiya ilə sülh yolunda əməli addımları müzakirə edə biləcək bir neçə nümayəndənin olması vacibdir "Düşünürəm ki, ilk növbədə atəşkəsə nail olmalıyıq. Onlar indi bu barədə danışmırlar. Bir neçə günlük qısamüddətli atəşkəs var idi, amma bəlkə avropalılar bu məsələdə amerikalılara kömək edə bilərdilər. ABŞ indi İrana daha çox diqqət yetirir", - Stubb əlavə edib

