Stubb: ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolu tapılıb
Finlandiya Prezidenti Aleksander Stubb ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolunun tapıldığını hesab edir O, İsverənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib ki, ilin əvvəlində əsas məqsəd vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və mövcud vəziyyət

Finlandiya Prezidenti Aleksander Stubb ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolunun tapıldığını hesab edir O, İsverənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib ki, ilin əvvəlində əsas məqsəd vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və mövcud vəziyyətdən çıxış yolu tapmaq olub “Mən hesab edirəm ki, buna nail olmuşuq”, – deyə Stubb vurğulayıb Onun sözlərinə görə, problemin həlli Qrenlandiya, Danimarka və ABŞ arasında üçtərəfli danışıqlar vasitəsilə və ya Arktikada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yolu ilə mümkün ola bilər Finlandiya prezidenti qeyd edib ki, təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı müddəalar iyul ayında Ankarada keçiriləcək NATO sammitinin yekun sənədində əks oluna bilər Stubb əlavə edib ki, hazırda hər iki istiqamət üzrə iş aparılır


