ADA Universiteti StrategicIntelligence Forum platformasına qoşuldu
İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumu arasında əməkdaşlıq çərçivəsində ADA Universiteti məzmun təminatçısı kimi Forumun StrategicIntelligence platformasına qoşulub Mərkəzdən AZƏRTAC -a bildiriblər ki

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumu arasında əməkdaşlıq çərçivəsində ADA Universiteti məzmun təminatçısı kimi Forumun StrategicIntelligence platformasına qoşulub Mərkəzdən AZƏRTAC -a bildiriblər ki, ADA Universitetinin bu platformada təmsil olunması ölkənin akademik və analitik potensialının qlobal bilik ekosisteminə inteqrasiyası və elmi nailiyyətlərin auditoriyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur Qeyd edək ki, Strategic Intelligence platformasının bir milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformadakı məzmun Harvard, Yale, Oksford universitetləri və KAIST İnstitutu da daxil olmaqla 400-dən çox akademik tərəfdaş tərəfindən təmin edilir “Strateji İntellekt” yüzlərlə qlobal problemi və onların qarşılıqlı əlaqələrini xəritəyə alan süni intellektə əsaslanan analitik platformadır. Bu platforma istifadəçilərə müxtəlif mövzular üzrə əsas məsələləri daha geniş perspektivdən təhlil etməyə və qlobal tendensiyaları başa düşməyə imkan verir. Məlumat “çevrilmə xəritəsi” adlanan interaktiv və dinamik vizuallaşdırma formatında təqdim olunur. Bu xəritələr 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər sahələrdə qlobal çağırışlar arasındakı əlaqəni araşdırır ADA Universiteti ölkəmizdən platformaya qoşulan dördüncü məzmun təminatçısıdır. Ötən il İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Bakı Mühəndislik Universiteti məzmun provayderi kimi platformaya qoşulub


