Tenqri
Ana Səhifə
Siyasət

Azov dənizində xəsarət alan azərbaycanlıların vəziyyəti məlum olub

Day.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərə hücumdan sonra xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat yayıb “Əvvəlcədən xəbər verildiyi kimi, iyunun 5-də Azov dənizində yük gəmilərinə pilotsuz uçan aparatların hücumu nəticəsində Azərbay

0 baxışday.az
Azov dənizində xəsarət alan azərbaycanlıların vəziyyəti məlum olub
Paylaş:

Day.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərə hücumdan sonra xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat yayıb “Əvvəlcədən xəbər verildiyi kimi, iyunun 5-də Azov dənizində yük gəmilərinə pilotsuz uçan aparatların hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması barədə məlumat daxil olduqdan dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər Səfirliyin konsulluq şöbəsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və yaralılara, eləcə də xilas edilmiş Azərbaycan vətəndaşlarına müvafiq konsulluq dəstəyi göstərirlər. Zərərçəkənlərin vəziyyəti yaxşı qiymətləndirilir, onlardan bəzilərinin yaxın vaxtlarda xəstəxanadan buraxılması planlaşdırılır”, - deyə məlumatda bildirilir Qeyd olunur ki, Rusiya Federasiyasının müvafiq strukturları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində zərərçəkənlərin şəxsiyyətinin müəyyən edilməsi və digər zəruri prosedurların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir “Eyni zamanda xilas edilmiş Azərbaycan vətəndaşlarının sənədlərinin hazırlanması, onların qayıdış şəhadətnaməsi ilə təmin edilməsi və ölkəyə qayıtmasının təşkili istiqamətində zəruri tədbirlər görülür Xarici İşlər Nazirliyi bu məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti strukturlarla sıx əlaqələndirir Ölənlərin kimliyi və meyitlərinin ölkəmizə çatdırılması ilə bağlı əlavə məlumat daha sonra ictimaiyyətə təqdim olunacaq”, - deyə idarədən əlavə ediblər Azov dənizində azərbaycanlı dənizçilərin olduğu iki gəminin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə daha əvvəl məlumat vermişdik Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Стало известно о состоянии пострадавших азербайджанцев в Азовском море | Tenqri