Azov dənizində yaralanan azərbaycanlılarla bağlı yeni təfərrüatlar məlum olub
Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin məhv edilməsi nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat yayıb Day.Az bu barədə APA-ya istinadən xəbər verir “İyunun 5-də Azov dənizində yük gəmilərinə pilotsuz təyyarənin hücumu nəticəsində vətəndaşlarımızın həl

Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin məhv edilməsi nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat yayıb Day.Az bu barədə APA-ya istinadən xəbər verir “İyunun 5-də Azov dənizində yük gəmilərinə pilotsuz təyyarənin hücumu nəticəsində vətəndaşlarımızın həlak olması və yaralanması barədə məlumat daxil olduqdan dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər Hazırda səfirliyin konsulluq şöbəsinin əməkdaşları Yeysk şəhərindədirlər və xəsarət alan və xilas edilmiş Azərbaycan vətəndaşlarına lazımi konsul dəstəyi göstərirlər. Yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir, onlardan bəzilərinin yaxın vaxtlarda xəstəxanadan buraxılması planlaşdırılır Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi, habelə digər zəruri prosedurların həyata keçirilməsi davam etdirilir Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşlarının sənədlərinin hazırlanması, onların qayıdış şəhadətnaməsi ilə təmin olunması və vətənə qayıtmalarının təşkili istiqamətində də zəruri tədbirlər görülür Xarici İşlər Nazirliyi vəziyyəti xüsusi nəzarətdə saxlayır və müvafiq strukturlarla sıx koordinasiya aparır. Ölənlərin kimliyi və cəsədlərinin Azərbaycana gətirilməsi ilə bağlı əlavə məlumat daha sonra ictimaiyyətə veriləcək”, - idarənin açıqlamasında bildirilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


