Tenqri
Ana Səhifə
Dünya

Bakı-Tbilisi qatarının hərəkət cədvəli və marşrutu məlum olub - saat 22:26 yenilənib

“Azərbaycan Dəmir Yolları” QSC (AZD) və “Gürcüstan Dəmir Yolu” QSC arasında ilkin razılıq əldə olunub, ona əsasən, qatar Bakıdan hər gün saat 23:10-da yola düşəcək və ertəsi gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 21:00-da yola düşəcək və ertəsi gün saat 06:24-də Bakıya çatacaq

0 baxışhaqqin.az
Bakı-Tbilisi qatarının hərəkət cədvəli və marşrutu məlum olub - saat 22:26 yenilənib
Paylaş:

“Azərbaycan Dəmir Yolları” QSC (AZD) və “Gürcüstan Dəmir Yolu” QSC arasında ilkin razılıq əldə olunub, ona əsasən, qatar Bakıdan hər gün saat 23:10-da yola düşəcək və ertəsi gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 21:00-da yola düşəcək və ertəsi gün saat 06:24-də Bakıya çatacaq QSC-dən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən qatarlar Azərbaycan ərazisində Bakı dəmir yolu stansiyası, Balacarı, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi dəmir yolu stansiyasında dayanacaqlar Əlavə məlumat ictimaiyyətə veriləcək Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommunikeyə əsasən, Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişin qatarlarının hərəkəti 2026-cı il mayın 26-dan bərpa olunacaq.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib Hazırda idarədən bildirilib ki, Bakı-Tbilisi-Bakı qatarının bərpası ilə bağlı texniki və təşkilati məsələlər üzərində iş aparılır. Bilet satışı ilə bağlı məlumatlar yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq Mayın 26-dan Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilib. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında Bakıda keçirilən danışıqlarda müvafiq razılıq əldə olunub “Tərəflər əlavə olaraq mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarının bərpası barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir Bundan əvvəl Bakı-Tbilisi dəmir yolunun bərpası barədə “Azərbaycan Dəmir Yolları” QSC və Gürcüstanın 1tv.ge telekanalı Gürcüstan hökumətinə istinadən məlumat yayıb

Kaynak: haqqin.az

Diğer Haberler