ABŞ Sakit Okeanda narkotik daşıyan gəmini yenidən vurub
Day.Az İnterfaks-a istinadən xəbər verir ki, ABŞ ordusu Sakit Okeanın şərq hissəsində narkotik vasitələri daşıyan gəmiyə hava hücumu həyata keçirib, nəticədə iki nəfər ölüb "Əməliyyat Qrupu Southern Spear terror təşkilatı tərəfindən idarə olunan gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatlarına görə

Day.Az İnterfaks-a istinadən xəbər verir ki, ABŞ ordusu Sakit Okeanın şərq hissəsində narkotik vasitələri daşıyan gəmiyə hava hücumu həyata keçirib, nəticədə iki nəfər ölüb "Əməliyyat Qrupu Southern Spear terror təşkilatı tərəfindən idarə olunan gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatlarına görə, o, Sakit Okeanın şərqində məlum narkotik ticarəti marşrutu ilə hərəkət edirdi. (...) Əməliyyat zamanı iki narkotik terrorçusu öldürülüb", - məlumatda deyilir Ötən ilin sentyabrından bəri Birləşmiş Ştatlar Karib hövzəsi və Şərqi Sakit Okean hövzəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən gəmilərə 62 zərbə endirib və ABŞ kəşfiyyatının narkotik maddələr daşıdığını bildirib. Zərbələr nəticəsində ümumilikdə 202 nəfər həlak olub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


