Tenqri
Ana Səhifə
Dünya

ABŞ BMT Təhlükəsizlik Şurasında: Ukraynaya qarşı müharibə Rusiyanın “strateji uğursuzluğuna” çevrilib

ABŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasındakı nümayəndəsi Dan Neqrea BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaq qərarı onun “strateji uğursuzluğu” idi. Bu barədə “Ukrinform” məlumat yayıb Bazar ertəsi BMT Təhlükəsizlik Şurası Rusiyanın son kütləvi hücumu il

0 baxışhaqqin.az
ABŞ BMT Təhlükəsizlik Şurasında: Ukraynaya qarşı müharibə Rusiyanın “strateji uğursuzluğuna” çevrilib
Paylaş:

ABŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasındakı nümayəndəsi Dan Neqrea BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaq qərarı onun “strateji uğursuzluğu” idi. Bu barədə “Ukrinform” məlumat yayıb Bazar ertəsi BMT Təhlükəsizlik Şurası Rusiyanın son kütləvi hücumu ilə əlaqədar Ukraynanın tələbi ilə təcili iclas keçirib "Rusiyanın Ukraynaya müdaxiləsi strateji uğursuzluq idi. Onun neft emalı zavodları yanır... Moskva döyüş meydanında öz məqsədlərinə nail ola bilməz. Eskalasiya bunu dəyişməyəcək və yalnız fəlakətin daha da pisləşməsi riski ilə üzləşəcək. Bu müharibə dərhal başa çatmalıdır. Artıq kifayətdir", - Neqrea bildirib Amerika nümayəndəsi ayrıca bəzi ölkələri “Rusiyanın hərbi səylərini dəstəkləməyi dərhal dayandırmağa” çağırıb, çünki bu müharibənin hərbi həlli yoxdur. Neqrea xüsusilə, onun təbirincə desək, “Rusiyanı Ukraynada istifadə üçün pilotsuz təyyarələrlə təmin edən, eləcə də müharibəni davam etdirən, minlərlə muzdluya Rusiya tərəfində vuruşmağa imkan verən Kubanı” xatırladıb Neqrea əmindir ki, “bu müharibə ancaq danışıqlar yolu ilə başa çata bilər”: “Birləşmiş Ştatlar əvvəllər olduğu kimi – və biz bunu hər iki tərəfə dəfələrlə demişik – müharibənin davamlı sona çatmasına töhfə verməyə hazırdır”

Kaynak: haqqin.az

Diğer Haberler