ABŞ İranın dondurulmuş aktivlərindən Körfəz ölkələrini bərpa etmək üçün istifadə etməyi planlaşdırır - Reuters
ABŞ hakimiyyəti İranın dondurulmuş aktivlərindən Vaşinqtonun Fars körfəzi ölkələrindəki müttəfiqlərinə dəymiş ziyanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanını nəzərdən keçirir. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Be

ABŞ hakimiyyəti İranın dondurulmuş aktivlərindən Vaşinqtonun Fars körfəzi ölkələrindəki müttəfiqlərinə dəymiş ziyanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanını nəzərdən keçirir. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessent, Vaşinqtonun fikrincə, İranın hərəkətləri ilə əlaqəli olan zərərin həcmini qiymətləndirməyi, həmçinin dondurulmuş vəsaitlərin region ölkələrinin xeyrinə yenidən bölüşdürülməsi mexanizmlərini öyrənməyi tapşırıb Söhbət təkcə Tehranın bloklanmış maliyyə resurslarından deyil, həm də digər aktivlərindən, o cümlədən saxlanılan gəmilərdən gedir, mənbə aydınlaşdırır Artıq ABŞ-ın regiondakı müttəfiqləri ilə belə tədbirlərin müzakirə edildiyi bildirilir. Vaşinqton hesab edir ki, vəsait infrastrukturun bərpasına və gələcəkdə mümkün zərərin kompensasiyasına yönəldilə bilər KİV-in məlumatına görə, İranın xaricdəki dondurulmuş aktivlərinin ümumi həcmi 100 milyard dollardan çox qiymətləndirilir, lakin dəqiq rəqəmlər qeyri-müəyyən olaraq qalır Tehran bundan əvvəl bəyan etmişdi ki, bəzi aktivlərin sərbəst buraxılması ABŞ-la istənilən sülh sazişinin irəliləyişinin əsas şərtidir Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın
