Tenqri
Ana Səhifə
Dünya

ABŞ Rusiyaya kömək etmək üçün Ukraynaya təzyiq göstərəcək - yenilənib 00:20

Ukrayna qorxur ki, Birləşmiş Ştatlar Rusiyaya “çox”, Kiyevə isə heç nə verməyəcək bir razılaşmaya yenidən təkan verəcək, The Kyiv Independent yazır Nəşr mənbələrə istinadən yazır ki, Vaşinqton dalana dirənmiş danışıqları bərpa etməyə və Moskvadan sanksiyaların qismən götürülməsi müqabilində Rusiya

0 baxışhaqqin.az
ABŞ Rusiyaya kömək etmək üçün Ukraynaya təzyiq göstərəcək - yenilənib 00:20
Paylaş:

Ukrayna qorxur ki, Birləşmiş Ştatlar Rusiyaya “çox”, Kiyevə isə heç nə verməyəcək bir razılaşmaya yenidən təkan verəcək, The Kyiv Independent yazır Nəşr mənbələrə istinadən yazır ki, Vaşinqton dalana dirənmiş danışıqları bərpa etməyə və Moskvadan sanksiyaların qismən götürülməsi müqabilində Rusiya ilə Ukrayna arasında müvəqqəti atəşkəsə nail olmağa çalışır Kiyevdə bu formatı “çox pis razılaşma” adlandırırlar. Ukrayna rəsmiləri ABŞ-ın təzyiqlərinin yaxın aylarda güclənə biləcəyini deyirlər Vaşinqton administrasiyası Rusiya ilə daha yaxın münasibətlər qurmaq cəhdi ilə Ukraynaya yardımı 99% azaldıb. Bu barədə “The New York Times” yazır Nəşrin yazdığına görə, Kiyev və Vaşinqton arasında münasibətlər tədricən pisləşib və Ukrayna üçün uğursuzluqlarla müşayiət olunub. ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən bir ay sonra o və ətrafı Ağ Evdə görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməyə çalışıblar Məqalədə deyilir ki, eyni zamanda, ABŞ administrasiyası Kiyevə dəstəyin kəskin azalması fonunda Moskvanın rəğbətini qazanmağa çalışırdı Qəzetin yazdığına görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başladıqdan sonra Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar dayandırılıb və Kiyev daha uzun müharibəyə və Amerikanın dəstəyini azaltmağa hazırlaşmağa başlayıb Zelenski də öz növbəsində Vaşinqtonun Rusiya neftinə qarşı sanksiyaların bir qismini yumşaltmaq qərarını tənqid edərək Tramp administrasiyasından uzaqlaşmağa başladı

Kaynak: haqqin.az

Diğer Haberler