Sərnişinlərin kartlarından pullar buna görə çıxarılır: Ekspert açıqladı - FOTO
Son günlər sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-də bank kartlarından müəmmalı pul çıxarılması ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub. İstifadəçilər iddia edirlər ki, 2-3 gün ərzində metrodan istifadə etmədikləri halda belə, kartlarından müxtəlif saatlarda, hətta ardıcıl şəkildə v

Son günlər sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-də bank kartlarından müəmmalı pul çıxarılması ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub. İstifadəçilər iddia edirlər ki, 2-3 gün ərzində metrodan istifadə etmədikləri halda belə, kartlarından müxtəlif saatlarda, hətta ardıcıl şəkildə vəsait silinir. Paylaşılan görüntülərdə eyni vaxt intervalında bir neçə dəfə çıxarış edildiyi də diqqət çəkir Eyni vaxtda kartından dəfələrlə pul tutulan Günay adlı oxucumuz da redaksiyamıza müraciət edib. O bildirib ki, məsələ ilə bağlı "Rabitəbank"la əlaqə saxlayıb. Lakin bank problemin onlarda deyil, "BakuBus" və "Bakı Metropoliteni" ilə bağlı olduğunu bildirərək həmin qurumlara müraciət etməyi tövsiyə edib "Bakı Metropoliteni" isə açıqlamasında bunu texniki nasazlıq nəticəsində gecikmiş ödənişlərin sonradan tutulması ilə izah etsə də, məsələ yeni suallar doğurur İstifadəçinin xəbəri olmadan vəsaitin silinməsi hüquqi baxımdan nə dərəcədə qanunidir? Belə hallarda kim məsuliyyət daşıyır: Bank, yoxsa xidmət göstərən qurum? Vətəndaş pulunu geri tələb etmək üçün hansı addımları atmalıdır? Məsələ ilə bağlı Publika.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirdi ki, "Bakı Metropoliteni"nin verdiyi açıqlama məntiqli ola bilər: "Bakı Metropoliteni"nin açıqlamasından belə görünür ki, kartlardan heç bir qanunsuz pul çıxarılmayıb. Qurumun mövqeyinə görə, bəzi hallarda vətəndaşlar metrodan istifadə etsələr də, çıxışı vaxtında etmədikləri üçün sistem əlavə ödəniş hesablayır. Bu ehtimal istisna deyil Lakin vətəndaşların iddia etdiyi kimi, istifadə etmədikləri halda kartlardan vəsait silinirsə, bu zaman məsələ daha ciddi xarakter alır. Belə hallarda ya informasiya sisteminə kənar müdaxilə - haker hücumu, ya da sistem daxilində texniki və ya idarəetmə ilə bağlı problem ehtimal olunur" Hüquqşünasın sözlərinə görə, əgər vətəndaş əmindirsə ki, o, metrodan istifadə etməyib, bu halda iki hüquqi addım mümkündür: "Birincisi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edilə bilər. İkincisi isə məhkəməyə müraciət edərək iddia qaldırmaq olar Ümumiyyətlə, bu cür halların baş verməsi mümkündür. Təcrübədə bank kartlarından icazəsiz vəsait çıxarılması halları ilə dəfələrlə rastlaşmışıq. Əgər bank kartları üzrə belə risklər mövcuddursa, eyni vəziyyət digər ödəniş sistemlərində də yarana bilər. Bunun əsas səbəbi isə təhlükəsizlik sistemlərinin yetərincə güclü olmaması və ya vaxtında yenilənməməsidir. İstənilən kart və ödəniş sistemi davamlı təkmilləşmə və maliyyə yatırımı tələb edir. Bu investisiyalar təmin olunmadıqda, sistemdə boşluqlar yaranır və bundan sui-istifadə halları baş verə bilər" Müəllif: Gülnar Süleymanova Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO Sabah bu ərazidə işıq olmayacaq Anası o uşaqdan imtina etdi Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış oldu - FOTO Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirildi - VİDEO/FOTO Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO Cəlilabadda gənc müəllim vəfat etdi Anası o uşaqdan imtina etdi Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO Mbappe “Real”ın məşqçilər heyəti ilə münaqişəyə girdi Mehriban Əliyeva Bakıda keçirilən sərgilərdən paylaşım etdi - VİDEO "WhatsApp" bu funksiyadan imtina edir
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
