Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur
Dünyadakı münaqişələr hər kəsi narahat edən bir məsələdir. Bu dövrdə müharibələr bizi heç bir yerə aparmır. Bir-birimizi öldürmək heç kimə rahatlıq və ya xoşbəxtlik gətirməyəcək. Buna görə də mən qəti şəkildə hesab edirəm ki, yeganə çıxış yolu dialoqdur. İnsanlar bir araya gəlməli, fikir ayrılıqları

Dünyadakı münaqişələr hər kəsi narahat edən bir məsələdir. Bu dövrdə müharibələr bizi heç bir yerə aparmır. Bir-birimizi öldürmək heç kimə rahatlıq və ya xoşbəxtlik gətirməyəcək. Buna görə də mən qəti şəkildə hesab edirəm ki, yeganə çıxış yolu dialoqdur. İnsanlar bir araya gəlməli, fikir ayrılıqlarını müzakirə etməlidirlər. Həmişə qarşılıqlı güzəştə və anlaşmaya ehtiyac var. Heç kim deyə bilməz ki, yalnız mənim yolum doğrudur. Mən bunu bütün dünya liderlərinə demək istərdim: qısamüddətli məqsədlərə deyil, bəşəriyyətin və dünya əhalisinin uzunmüddətli rifahına diqqət yetirin Bunu AZƏRTAC-a açıqlamasında müasir dövrün ən tanınmış ruhani liderlərindən biri olan Sri-Sri Ravi Şankar deyib "Hesab edirəm ki, bu gün insanların depressiyadan və aqressiyadan çıxmasına ehtiyac var. Stres səbəbindən ya aqressiyaya meyil edirik, ya da depressiyaya düşürük. Buna görə də psixi sağlamlıq böhranı dünyada çox ciddi problemdir. Mən xüsusilə vurğulamaq istərdim ki, tələbələr, müəllimlər, həkimlər və ümumilikdə bütün insanlar gənc və ya yaşlı olmasından asılı olmayaraq öz psixi sağlamlıqlarına diqqət yetirməlidirlər. Stres səviyyəsi mütləq azalmalıdır", - deyə Sri-Sri Ravi Şankar bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


