Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür
“Təzhib” sözünün mənası “qızıl” və ya “qızılla süsləmək” deməkdir. Bu sənət növü ənənəvi Türk-İslam sənəti kimi tanınır və həm təzhib, həm də miniatür sənətini əhatə edir. Bu sənətlər Mərkəzi Asiyada formalaşaraq daha sonra Anadoluya yayılıb. Əslində isə onların kökləri Azərbaycan torpaqlarına dayan

“Təzhib” sözünün mənası “qızıl” və ya “qızılla süsləmək” deməkdir. Bu sənət növü ənənəvi Türk-İslam sənəti kimi tanınır və həm təzhib, həm də miniatür sənətini əhatə edir. Bu sənətlər Mərkəzi Asiyada formalaşaraq daha sonra Anadoluya yayılıb. Əslində isə onların kökləri Azərbaycan torpaqlarına dayanır və burada inkişaf edib. Azərbaycan da bu sənətin formalaşmasında mühüm rol oynayıb Bunu AZƏRTAC-a açıqlamasında Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilən “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisinin kuratoru Zühal Alodal deyib O, bu sənətin daha sonra Türkiyəyə, Anadolu torpaqlarına keçdiyini deyib. "Bu da, təbii ki, Azərbaycan-Türkiyə qardaşlığının başqa bir mühüm təzahürüdür. Sənətin bu şəkildə birləşdirici rol oynaması, digər sahələrdə olduğu kimi, birliyimizi və qardaşlığımızı daha da möhkəmləndirir", - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

