Sürücüsüz nəqliyyat operatorları sertifikat alacaq
Sürücüsüz nəqliyyat vasitələrini idarə edənlər üçün yeni tələblər müəyyənləşir, operatorlar sertifikat alacaq, avtonom sistemlər isə məcburi sınaqlardan keçəcək Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ed

Sürücüsüz nəqliyyat vasitələrini idarə edənlər üçün yeni tələblər müəyyənləşir, operatorlar sertifikat alacaq, avtonom sistemlər isə məcburi sınaqlardan keçəcək Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ticarət Gəmiçiliyi Məcəlləsi və bir sıra qanunlarında təklif edilən dəyişikliklərdə əksini tapıb Belə ki, layihəyə əsasən, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinə nəzarət edən operatorlar üçün ayrıca sertifikatlaşdırma mexanizmi yaradılır. Operator kimi fəaliyyət göstərmək istəyən fiziki və hüquqi şəxslər müvafiq qurumdan şəhadətnamə almalı olacaq və bu sənəd 5 il müddətinə veriləcək Dəyişikliklərə görə, operatorlar xüsusi hazırlıq keçməli, avtonom sistemlərin işi və fövqəladə hallarda müdaxilə qaydaları üzrə təlim almalıdırlar. Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, məhdud fəaliyyət qabiliyyətli və ya müəyyən hüquqi məhdudiyyətləri olan şəxslərin operator kimi fəaliyyət göstərməsinə icazə verilməyəcək Qanun layihəsində avtonom nəqliyyat vasitələrinin istifadəsi üçün təhlükəsizlik mexanizmləri də müəyyən edilir. Belə ki, avtomatlaşdırılmış idarəetmə sistemləri xüsusi test mühitində sınaqdan keçiriləcək və sınaqları uğursuz olan sistemlər istismara buraxılmayacaq. Eyni zamanda, məsafədən idarəetmə mərkəzlərinin kibertəhlükəsizliyi təmin olunmalı, proqram təminatı mütəmadi yenilənməli və təhlükəsizlik auditi aparılmalıdır Layihəyə əsasən, avtonom nəqliyyat vasitələrinə nəzarət zamanı sürücülük vəsiqəsi tələb olunmasa da, nəqliyyat vasitəsinin əl ilə idarə edilməsi hallarında müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi tələb ediləcək


