Lozanna İdman Arbitraj Məhkəməsi Turan-Tovuzdan imtina etdi - "Zirə" Konfrans Liqasında çıxış edəcək
İsveçrənin Lozanna şəhərinin İdman Arbitraj Məhkəməsi Azərbaycanın “Turan-Tovuz” futbol klubunun apellyasiya şikayətini təmin etməyib Beləliklə, UEFA-nın tovuzlu futbolçuların avrokuboklarda iştirakdan kənarlaşdırılması ilə bağlı qərarı qüvvədə qalır. “Turan-Tovuz”un əvəzinə “Zirə” Konfrans Liqası

İsveçrənin Lozanna şəhərinin İdman Arbitraj Məhkəməsi Azərbaycanın “Turan-Tovuz” futbol klubunun apellyasiya şikayətini təmin etməyib Beləliklə, UEFA-nın tovuzlu futbolçuların avrokuboklarda iştirakdan kənarlaşdırılması ilə bağlı qərarı qüvvədə qalır. “Turan-Tovuz”un əvəzinə “Zirə” Konfrans Liqasında çıxış edəcək. Püşkatma sabah və iyunun 17-də keçiriləcək Yada salaq ki, 2019-cu ildə o zamanlar Birinci Liqada çıxış edən “Turan-Tovuz”un 7 futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Həmin vaxtdan klubun rəhbərliyi dəyişib. Klub özü Premyer Liqaya daxil oldu və 32 ildən sonra ilk dəfə avrokuboklarda iştirak etmək hüququ qazandı. Amma UEFA-nın sanksiyaları qaldı. 2019-cu ildə baş verən hadisələrə görə “Turan-Tovuz” bir avrokubok mövsümünü buraxmaq məcburiyyətində qalıb


