SPORT TV-dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil
TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. Qu

TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. Qurumdan Publika.az-a bildirilib ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlar Azərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur. "Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur. Qeyd edək ki, kommersiya obyektlərində - restoran, kafe, hotel, lounge və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya/HORECA hüquqları əsasında həyata keçirilə bilər. Hüquqsuz və qeyri-qanuni yayımlar Azərbaycan Respublikasının müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyinin tələblərinin pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır", - deyə məlumatda vurğulanıb “Azercell” “GiqaAddım” ilə addımları internetə çevirir! “Azərsun Holdinq” “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində - Fotolar ADSEA: 1,9 milyon abonent haqqında məlumat toplanıb “Unibank”dan biznes sahiblərinə xüsusi təklif: “Biznesinizə 6 qat dəstək” Bakı-Sumqayıt qatarının 9-11 maydakı hərəkət qrafiki açıqlandı Bakı metrosu iş rejimində dəyişiklik edir Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? - Açıqlama Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra Bakı metrosu iş rejimində dəyişiklik edir Bu məşhurlar 1 günə "milyonlar" itirdilər - SİYAHI Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi Bakının hansı küçələrində tıxac var? - Siyahı ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir?


