Tenqri
Ana Səhifə
Dünya

Spiker Almaniyanın Azərbaycandakı səfiriylə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə görüşüb Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Görüşdə di

0 baxışmodern.az
Spiker Almaniyanın Azərbaycandakı səfiriylə görüşüb
Paylaş:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə görüşüb Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Görüşdə diplomatın Azərbaycandakı fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində görülən işlər və əldə olunan nəticələr müzakirə olunub Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin, eləcə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Görüşdə ölkələr arasında iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub Söhbət zamanı parlamentlərarası münasibətlər də diqqət mərkəzində olub. Milli Məclisin sədri Almaniyaya rəsmi səfərini, həmçinin parlament dostluq qruplarının qarşılıqlı səfərlərini xatırladıb Ralf Horlemann isə Azərbaycandakı alman irsinə göstərilən münasibəti yüksək qiymətləndirərək bunu tolerantlığın nümunəsi adlandırıb. O, fəaliyyəti dövründə Azərbaycanı daha yaxından tanımaq imkanı əldə etdiyini və ölkə ilə bağlı müsbət təəssüratlar qazandığını bildirib Səfir Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrlər əldə olunan nailiyyətləri də qeyd edib. O, bu istiqamətdə irəliləyişlərin regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Kaynak: modern.az

Diğer Haberler