Superkubokda mübarizə aparacaq komandalar bəlli olub
Bir oyunluq final əvəzinə “Dördlər finalı” formatında oynanılacaq 2026-cı il Superkubokunda mübarizə aparacaq komandalar rəsmən açıqlanıb Yeni format çərçivəsində kubok uğrunda mübarizə aparacaq komandalar "Qalatasaray", "Fənərbaxça", "Konyaspor" və "Trabzonspor"dur Ənənəvi olaraq liqa çempionun

Bir oyunluq final əvəzinə “Dördlər finalı” formatında oynanılacaq 2026-cı il Superkubokunda mübarizə aparacaq komandalar rəsmən açıqlanıb Yeni format çərçivəsində kubok uğrunda mübarizə aparacaq komandalar "Qalatasaray", "Fənərbaxça", "Konyaspor" və "Trabzonspor"dur Ənənəvi olaraq liqa çempionunu kubok çempionu ilə qarşılaşdıran Superkubok bu mövsümdə olduğu kimi, növbəti mövsümdə də yeni formatda oynanılacaq. Superliqanın zirvəsindəki komandaları kubok finalçıları və liqada üçüncü olan komandaları bir araya gətirəcək bu yeni sistem futbolsevərlərə bir daha böyük həyəcan yaşadacaq Superkubokdakı görüşlər “Konyaspor” – “Trabzonspor” final oyunundan sonra müəyyənləşəcək. Türkiyə Futbol Federasiyası yaxın günlərdə Turkcell Superkubokunun tarixini açıqlayacaq Digər tərəfdən mövsümü liqada dördüncü pillədə başa vurmağa zəmanət verən “Beşiktaş” ardıcıl ikinci dəfə yeni formatla təşkil olunan Superkubokda iştirak edə bilməyəcək


