Milli Məclisin sədri Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda olub
BAKI, Azərbaycan, 23 may. Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda olub. Bu barədə Trend ə parlamentdəki mənbə məlumat verib Azərbaycan parlamentinin nümayəndə heyəti Azərbaycan xalqının

BAKI, Azərbaycan, 23 may. Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda olub. Bu barədə Trend ə parlamentdəki mənbə məlumat verib Azərbaycan parlamentinin nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Baş Konsulluğun inzibati binasındakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyub Spiker Sahibə Qafarova Baş Konsulluğun əməkdaşları ilə söhbət zamanı konsulluğa Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə edib Görüşdən sonra Baş Konsulluq tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub Tədbirdə çıxış edənlər Müstəqillik Gününün Azərbaycan dövlətçilik tarixindəki tarixi əhəmiyyətini, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik illərində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıblar. Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib Bayram tədbiri Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib
Diğer Haberler

CHP Böyükşəhər Bələdiyyə Başçılarından Birgə Bəyanat: Partiyamızın seçilmiş sədri cənab Özelin yanındayıq, növbədənkənar qurultayımız ən geci 45 gün ərzində çağırılmalıdır | T24

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışı ilə bağlı Çinə başsağlığı verib
